×

Xəbərlər

Xəbərlər 10 Mar 2026
İnkubasiya proqramları startap ekosisteminin inkişafına və gənclərin innovativ ideyalarının dəstəklənməsinə xidmət edir

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində V “TUSİ” inkubasiya proqramının infosessiyası keçirilib.

Tədbirin açılışında ADNSU-nun Startap və TTO şöbəsinin baş mütəxəssisi Aysel Sadiqova çıxış edərək inkubasiya proqramının məqsədi, proqram çərçivəsində tələbələr üçün yaradılan imkanlar və universitetdə startap ekosisteminin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər haqqında qısa məlumat verib.

Daha sonra “Gələcək üçün bacarıqlar” layihəsinin layihə meneceri Nərmin Kərimova layihənin əsas istiqamətləri, inkubasiya proqramının strukturu və iştirakçılar üçün nəzərdə tutulan imkanlar barədə təqdimatla çıxış edib.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin direktor müavini Ziniddin Babayev çıxış edib. O, innovasiya və startap ekosisteminin inkişafının əhəmiyyətindən danışıb, gənclərin innovativ ideyalarının dəstəklənməsinin vacibliyini vurğulayıb. Z.Babayev həmçinin inkubasiya proqramının mərhələləri, seçim prosesi və startap komandaları üçün yaradılan imkanlar barədə məlumat verib, iştirakçıların suallarını cavablandıraraq proqramda iştirak etmək istəyən tələbələr üçün müraciət qaydalarını izah edib.

İnfosessiya tələbələrin innovasiya və sahibkarlıq sahəsinə marağının artırılması, eləcə də yeni startap ideyalarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyıb.


Paylaş