×

Xəbərlər

Xəbərlər 10 Mar 2026
ADNSU-da keçirilən təlimdə prosesslərin təhlükəsizliyi, əsas prinsipləri və şəxsi təhlükəsizlikdən bəhs olunub

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və universitetin Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Proseslərin təhlükəsizliyi” mövzusunda uzunmüddətli təlim proqramına start verilib.

Universitetin Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının əməkdaşları üçün nəzərdə tutulan təlimin ilk sessiyası bp şirkətinin baş proses mühəndisi Murad Cəfərov tərəfindən aparılıb.

Təlim zamanı sənaye müəssisələrində proses təhlükəsizliyinin əsas prinsipləri, şəxsi təhlükəsizlik və risklərin müəyyənləşdirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Təlimçi Murad Cəfərov qeyd edib ki, prosesslərin təhlükəsizliyi yalnız texniki tələblərin yerinə yetirilməsi ilə məhdudlaşmır, eyni zamanda müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını və risklərin sistemli şəkildə idarə olunmasını tələb edir. Onun sözlərinə görə, bu sahədə bilik və təcrübənin artırılması istehsalat proseslərində mümkün təhlükələrin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim ADNSU-da həfətədə iki dəfə keçirilməklə davam edəcək. Uzunmüddətli təlim proqramının əsas məqsədi iştirakçıların bu sahədə nəzəri və praktiki biliklərini daha da inkişaf etdirməkdir.


Paylaş