×

Xəbərlər

Xəbərlər 11 Mar 2026
ADNSU-da lay dəstələrinin geomexaniki xüsusiyyətlərinin eksperimental tədqiqi ilə bağlı elmi seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Lay tətbiqləri üçün su ilə doymuş şəraitdə Qırməki və Qırməkiüstü lay dəstələrinin geomexaniki xüsusiyyətlərinin eksperimental tədqiqi” mövzusunda elmi seminar keçirilib.

Seminar “Yer elmləri və georesurslar” tədqiqat qrupunun baş tədqiqatçısı, dosent Qriqori Penkov tərəfindən təqdim olunub.

Seminarda su ilə doymuş şəraitdə Qırməki və Qırməkiüstü lay dəstələrinin geomexaniki xüsusiyyətlərinin eksperimental tədqiqi ilə bağlı aparılan araşdırmalar, əldə olunan nəticələr və onların layların tətbiqi prosesində əhəmiyyəti barədə məlumat verilib. 

Seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar, onların sualları Qriqori Penkov tərəfindən cavablandırılıb.


Paylaş