×

Xəbərlər

Xəbərlər 13 Mar 2026
ADNSU gənc doktorantlarını dəstəkləyir və onların elmi tədqiqat sahəsində uğur qazanmasında birbaşa iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantı Gülcənnət Məmmədova universitet tərəfindən Birləşmiş Krallığa göndərilib.

Gənc doktorantımız artıq İngiltərənin əsas universitetlərindən biri olan University of Readingdə tədqiqat işlərinə başlayıb. G.Məmmədova Reading Universitetində tədqiqata uğurla başladığını və son illərdə öz üzərində çalışmasının faydasını gördüyünü bildirib. O, bu imkana görə ADNSU-nun rektoru Rüfat Əzizova, elmi rəhbəri Vitaliy Xutoryanskiyə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, ADNSU gənc doktorantlarını dəstəkləyir və onların elmi tədqiqat sahəsində uğur qazanmasında birbaşa iştirak edir. 


Paylaş