×

Xəbərlər

Xəbərlər 13 Mar 2026
ADNSU-da data ilə işləmə bacarıqları və analitik düşüncə tərzini inkişaf etdirmək mövzusunda workshop keçirilib

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və Texnologiyaların Transferi Ofisi (TTO) şöbəsinin təşkilatçılığı ilə “Power BI ilə data analitikası” mövzusunda praktiki workshop keçirilib.

Tədbirin məqsədi tələbələrə data ilə işləmə bacarıqlarını aşılamaq, analitik düşüncə tərzini inkişaf etdirmək və müasir əmək bazarında tələb olunan texnoloji alətlərlə tanış etmək olub. Workshop çərçivəsində iştirakçılar məlumatların emalı və vizuallaşdırılması üçün istifadə olunan Microsoft Power BI platformasının imkanları ilə tanış olublar.

Təlim praktik formatda təşkil olunub və iştirakçılar real məlumatlar üzərində işləyərək sıfırdan dashboard hazırlanması prosesini öyrəniblər. Təlim zamanı məlumatların təmizlənməsi, strukturlaşdırılması, vizuallaşdırılması və data hekayəçiliyi (data storytelling) yanaşmasının tətbiqi barədə ətraflı məlumat verilib.

Workshopun təlimçisi, Ramco QSC-nin Tender və satınalma şöbəsinin müdiri, eyni zamanda Cube Academy-nin direktor müavini Güllü Atakişiyeva iştirakçılara data analitikası sahəsində praktiki bilik və bacarıqlar qazandırıb.

Tədbirdə həmçinin Cube Academynin təsisçisi Əhmədxan Həsənov də iştirak edərək data analitikası sahəsində karyera imkanları, əmək bazarında bu bacarıqlara olan tələbat və gənclərin bu istiqamətdə inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb.

Workshop zamanı iştirakçılar praktiki tapşırıqları yerinə yetirərək məlumatların təhlili və interaktiv dashboardların hazırlanması üzrə ilkin təcrübə əldə ediblər.


Paylaş