×

Xəbərlər

Xəbərlər 17 Mar 2026
ADNSU-da “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində məlumat sessiyası keçirilib

Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində “Maarifçi” tələbə-məzun təcrübə proqramı haqqında maarifləndirici sessiya təşkil olunub.

Sessiyada ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, ADNSU-nun Məzunlarla iş və karyera mərkəzinin müdiri Şamil Əhmədov, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin mütəxəssisi Arzu Məmmədli, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Cavidan Hacıyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin məsləhətçisi Azər Salihli və tələbələr iştirak ediblər.

Tədbirdə iştirakçılara proqramın məqsədi, müraciət qaydaları, seçim prosesi və iştirak imkanları barədə ətraflı məlumat təqdim edilib.

Tələbə və məzunların sualları cavablandırılıb, proqram çərçivəsində əldə edə biləcəkləri imkanlar və iştirak şərtləri ətraflı şəkildə izah olunub. Sessiya iştirakçılar üçün faydalı təcrübə və karyera perspektivləri haqqında ətraflı məlumatlandırıcı platforma rolunu oynayıb.


Paylaş