×

Xəbərlər

Xəbərlər 18 Mar 2026
ADNSU-da tələbələrin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə infosessiya təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinda (ADNSU) tələbələrin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə “Gənclərin İnkişaf və Karyera Fürsətləri” mövzusunda infosessiya keçirilib. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən və ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

İnfosessiya zamanı tələbələrə gənclərin inkişafı istiqamətində mövcud imkanlar, karyera quruculuğunda vacib addımlar, eləcə də müxtəlif təlim və proqramlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ildən etibarən Azərbaycan Respublikası Gənclər Fondu nəzdində fəaliyyət göstərir. Mərkəz tərəfindən gənclərin inkişafı məqsədilə müxtəlif təlimlər, təcrübə proqramları, könüllülük fəaliyyətləri, seminarlar və intellektual tədbirlər təşkil olunur.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların gələcək karyera planlaması ilə bağlı fikir mübadiləsi aparılıb.


Paylaş