×

Xəbərlər

Xəbərlər 19 Mar 2026
ADNSU-da “Müştəri analizi və müştəri inkişafı” mövzusunda keçirilən təlimdə tələbələr öyrəndiklərini praktiki tapşırıqlarla həyata keçiriblər

Martın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İdealise 2” İnkubasiya proqramı çərçivəsində “Müştəri analizi və müştəri inkişafı” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara müştəri seqmentlərinin və hədəf auditoriyanın müəyyənləşdirilməsi, müştəri profili hazırlanması, problem üzrə müsahibələrin aparılması, erkən istifadəçilərin müəyyən edilməsi, eləcə də müştəri təsdiqlənməsi və məhsul–bazar uyğunluğu yanaşmaları haqqında ətraflı məlumat verilib.

Təlim Paşa Bankın əməkdaşı, pərakəndə bankçılıq, birbaşa satış və təhlil sahəsi üzrə mütəxəssis Şəhla Alxanzadə tərəfindən keçirilib. O, mövzu üzrə praktiki biliklərini iştirakçılarla bölüşüb, real nümunələr əsasında izahlar təqdim edib və iştirakçıların suallarını cavablandırıb.

Təlim çərçivəsində komandalarla birlikdə praktiki tapşırıq həyata keçirilib və iştirakçılar öyrəndikləri bilikləri tətbiq etmək imkanı əldə ediblər.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və startap komandalarının müştəri ehtiyaclarını daha düzgün analiz etməsinə müsbət təsir göstərib.


Paylaş