Martın 19-da Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahodır Turaevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizovla görüşüblər.
Görüşdə tərəflər ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, eləcə də innovasiya və sənaye ilə əlaqələrin inkişafı istiqamətlərində fikir mübadiləsi aparıblar.
Həmçinin, ortaq təhsil təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə olunub və konkret hədəflər müəyyənləşdirilib.