Martın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Yumurta yarışı” keçirilib.
Tədbirdə Sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova, yerli və əcnəbi tələbələr, universitetin struktur bölmələrinin rəhbər və əməkdaşları, həmçinin müəllim heyəti iştirak ediblər. Əvvəlcə iştirakçılar tərəfindən yumurtaların bəzədilməsi mərhələsi həyata keçirilib, daha sonra isə yarış hissəsi baş tutub.
Yarışın sonunda qalib iştirakçıya AZİU dizaynlı xüsusi hazırlanmış yumurta təqdim olunub. Qeyd edək ki, yarışın qalibi Türk tələbəmiz olub.