İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar Sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti uğurla iştirak edib.
Cari ildə sərgidə 30-dan artıq ölkədən təxminən 1000-ə yaxın ixtira və innovativ layihə təqdim olunub. Türkdilli ölkələr arasında yalnız Azərbaycan Respublikasının iştirak etməsi isə ölkəmizin təmsilçiliyinə xüsusi əhəmiyyət qazandırıb.
Nümayəndə heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onların sırasında ADNSU-nun SABAH qrupları üzrə 2 magistr tələbəsi, 4 məzun və digər tələbələr yer alıb.
Sərgidə təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 5 layihədən 3-ü müxtəlif mükafatlara layiq görülüb: A.I.N.O.S. layihəsi qızıl medal, Smart Bed layihəsi gümüş medal, ECHRON və S.O.N.I.A. layihələri isə bürünc medal qazanıb.
Qeyd edək ki, Artıq 51-ci dəfə təşkil olunan bu nüfuzlu beynəlxalq platforma hər il dünyanın müxtəlif ölkələrindən ixtiraçıları, tədqiqatçıları və elmi qurumları bir araya gətirir. Sərgidə iştirak həm yerli elmi potensialın beynəlxalq müstəvidə nümayişi, həm də yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. ADNSU nümayəndə heyətinin uğurlu çıxışı isə Azərbaycanın innovasiya imkanlarının qlobal səviyyədə tanıdılmasına töhfə verib.