Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və Geoloji-Kəşfiyyat fakültəsinin birgə təşkilatçılığı ilə bir qrup tələbə SOCAR Geophysics and Geology Departmentində ekskursiyada iştirak edib.
Ekskursiya çərçivəsində tələbələrə geofiziki və geoloji tədqiqatların aparılma metodologiyası, müasir texnologiyaların tətbiqi və sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, sahə mütəxəssisləri ilə keçirilən görüşlər zamanı tələbələrə əmək bazarının tələbləri, gələcək karyera perspektivləri və peşəkar inkişaf istiqamətləri barədə tövsiyələr təqdim olunub.
Qeyd edək ki. bu cür praktiki mühitlə tanışlıq tələbələrin nəzəri biliklərinin real istehsalat təcrübəsi ilə inteqrasiyasına mühüm töhfə verir.