×

Xəbərlər

Xəbərlər 31 Mar 2026
ADNSU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

Mart ayının 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub. 
Sərgidə 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Kürdəmir, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanmasından, baş verən qırğınlardan, soyqırım nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsindən, eləcə də insanların itkin düşmələrindən, onların evsiz-eşiksiz qalmalarından bəhs edən 50-dən çox kitab, jurnal, foto və digər materiallar nümayiş olunur.


Paylaş