×

Xəbərlər

Xəbərlər 31 Mar 2026
ADNSU-nun fakültələrində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Energetika” fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçiriib.

Tədbirdə fakültənin professor-müəllim heyəti tərəfindən xalqımıza qarşı törədilmiş bu faciənin tarixi həqiqətləri geniş şəkildə müzakirə olunub, gənclərin milli yaddaşının qorunmasının vacibliyi vurğulanıb.

Çıxışlar zamanı 31 mart faciəsinin tariximizdəki yeri, milli kimliyimizin qorunması və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi qeyd edilib.

Həmçinin universitetin Kitabxana İnformasiya Mərkəzində Kimya texnologiya fakültəsinin təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Dəyirmi masa zamanı XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri, xüsusilə Bakıda və ətraf bölgələrdə erməni silahlı dəstələri və daşnak qüvvələrinin həyata keçirdiyi qətliamlar barədə ətraflı məlumat verilib. Çıxışlarda tarixi faktlara əsaslanaraq həmin dövrün faciəvi hadisələri iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu kimi tədbirlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-də mütəmadi olaraq keçirilir və tələbələrin milli tarixə bağlılığının gücləndirilməsinə xidmət edir


Paylaş