Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən martın 26-dan 30-dək Nabranda “Təhsil” İstirahət Mərkəzində ali təhsil müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” düşərgəsi təşkil olunub.
Düşərgə çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən yüzlərlə təhsil işçisi bir araya gələrək səmərəli və zövqlü istirahət imkanı əldə edib. İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları da yer alıb və onlar bayram günlərini xoş əhval-ruhiyyə ilə keçiriblər.
Proqram çərçivəsində iştirakçılar üçün müxtəlif maarifləndirici təlimlər, əyləncəli yarışlar və komanda oyunları təşkil olunub. Bu fəaliyyətlər həm iştirakçıların bilik və bacarıqlarının inkişafına, həm də kollektiv ruhun güclənməsinə töhfə verib.
“Novruz 2026” düşərgəsi iştirakçılar üçün yalnız istirahət deyil, həm də yeni tanışlıqlar, təcrübə mübadiləsi və unudulmaz bayram xatirələri ilə yadda qalıb.