Aprelin 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində “Aprel döyüşləri - zəfərə gedən yolun başlanğıcı” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə 2016-cı il aprelin 2-dən 5-dək davam edən Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısının uğurla alınması, uzun illər düşmən nəzarətində olan ərazilərin azad edilməsi, o cümlədən Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, həmçinin Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində mühüm mövqelərin ələ keçirilməsi, bu yolda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin qəhrəmanlığı və göstərdikləri unudulmaz şücaətlərdən bəhs edən kitablar və digər materiallar yer alıb.
Sərgidə ümumilikdə 30-dan çox nəşr nümayiş etdirilib.