Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC) arasında minifutbol üzrə dostluq çempionatı keçirilib.
Sağlam rəqabət şəraitində baş tutan görüşdə iştirakçılar komandalararası əməkdaşlığın və komanda ruhunun gücləndirilməsi baxımından yüksək motivasiya nümayiş etdiriblər.
Gərgin və maraqlı keçən oyunun yekununda Tələbə Elmi Cəmiyyətinin komandası 5:3 hesabı ilə qalib gələrək çempionatın qalibi olub. Qalib komandaya kubok təqdim edilib, hər iki komandaya isə göstərdikləri fəallıq və idman ruhuna görə təşəkkür bildirilib.