×

Xəbərlər

Xəbərlər 03 Apr 2026
“IDEALISE 2” inkubasiya proqramı çərçivəsində keçirilən növbəti təlim “Minimal işlək məhsul, prototipləşdirmə və istifadəçi testləri” mövzusuna həsr olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE 2” inkubasiya proqramı çərçivəsində təlim sessiyaları uğurla davam edir. Növbəti təlim “Minimal işlək məhsul, prototipləşdirmə və istifadəçi testləri” mövzusunda keçirilib və ADNSU-nun Startap və Texnologiya Transferi Mərkəzinin rəhbəri Əhməd Əhmədzadə tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılara minimal işlək məhsul (MVP) anlayışı və növləri, sürətli prototipləşdirmə yanaşmaları, istifadəçi təcrübəsinin test edilməsi və iterasiya prosesi barədə ətraflı məlumat verilib. Məhsulun ilkin bazar sınaqları, həmçinin real istifadəçilər üzərində testlərin aparılması praktiki nümunələrlə izah olunub.

Sessiya interaktiv formatda təşkil olunub, müzakirələr, praktiki nümunələr və iştirakçıların ideyaları üzərində aparılan analizlərlə davam etdirilib. İştirakçılar təqdim olunan metod və alətlər vasitəsilə öz ilkin məhsullarını prototipləşdirmək və onları real bazar ehtiyaclarına uyğunlaşdırmaq imkanı əldə ediblər.

Təlim prosesində ADNSU-nun Startap və Texnologiya Transferi Mərkəzinin əməkdaşı Qədim Qədimov da iştirak edərək iştirakçıların suallarını cavablandırıb və praktiki tövsiyələrini bölüşüb.

Təlimin əsas məqsədi tələbələrdə startap düşüncə tərzini gücləndirmək, ideyaların sürətli prototipləşdirilməsi və ilkin mərhələdə test olunması prosesinə dair praktiki bilik və bacarıqlar qazandırmaq olub.


Paylaş