×

Xəbərlər

Xəbərlər 06 Apr 2026
ADNSU tələbələri Almatıda təşkil olunan Novruz şənliyində iştirak ediblər

Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Assosiasiyasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) akademik mobillik proqramı çərçivəsində Almatı şəhərində təhsilini davam etdirən tələbələri də sözügedən bayram tədbirinə qatılıblar və müxtəlif çıxışlar ediblər.
Tədbirdə iştirak edən tələbələr Novruz ənənələrinin yaşadıldığı proqramda yer alaraq milli bayramımızın sevincini bölüşüblər.
Qeyd edək ki, hazırda ADNSU-nun 29 tələbəsi akademik mobillik proqramı çərçivəsində Almatı şəhərində yerləşən Satbayev Universitetində bir semestrlik mübadilə proqramında iştirak edir.


Paylaş