×

Xəbərlər

Xəbərlər 06 Apr 2026
ADNSU-da tələbələrin rəqəmsal bacarıqlarının inkişafı ilə bağlı yeni layihəyə start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rəqəmsal inkişaf şöbəsinin təşkilatçılığı ilə gənclərin rəqəmsal bacarıqlarını peşəkar səviyyəyə çatdırmaq məqsədilə növbəti layihəyə start verilib.

Təlimçi Fidan İbrahimovanın təqdimatında iştirakçılar dizayn dünyasının əsas alətləri olan Adobe Illustrator, Photoshop və InDesign proqramları üzrə praktiki bacarıqlarını təkmilləşdirəcəklər. Məqsəd sahəyə marağı olan gənclərə vizual kommunikasiya və müasir dizayn standartlarını aşılamaqdır.


Paylaş