×

Xəbərlər

Xəbərlər 06 Apr 2026
ADNSU-da Akkreditasiya və Keyfiyyət Təminatı şöbəsinin tələbələrlə görüşü keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Akkreditasiya və Keyfiyyət Təminatı (AKT) şöbəsinin tələbələrlə növbəti görüşü keçirilib. 

Görüş zamanı universitetin ümumi inkişafında və keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların rolunun mühüm olduğu xüsusi vurğulanıb. Eyni zamanda, tələbələrə daha keyfiyyətli təhsil xidmətlərinin göstərilməsi məqsədilə şöbə tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bu çərçivədə sorğuların təşkili, müsahibələrin aparılması, müşahidələrin həyata keçirilməsi (dərs izləmələri vasitəsilə), təkliflər qutusu və “açıq qapı günləri” kimi mexanizmlər təhsilalanların diqqətinə çatdırılıb.

Görüşdə tələbələrin iştirakı ilə keçirilmiş sorğuların nəticələri geniş şəkildə müzakirə olunub, həmin nəticələr əsasında universitet rəhbərliyi tərəfindən görülmüş tədbirlər barədə danışılıb.

Sonda tələbələrin müxtəlif məzmunlu sualları cavablandırılıb, onların təklifləri dinlənilərək müzakirə olunub.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd şöbənin fəaliyyət istiqamətləri barədə təhsilalanları məlumatlandırmaq və keçirilmiş sorğuların nəticələrini onlarla müzakirə etmək olub. Bu, AKT şöbəsi tərəfindən təşkil olunan analoji məzmunlu görüşlərin sayca dördüncüsüdür.


Paylaş