Aprelin 17-sində Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura ixtisasları haqqında ətraflı məlumat vermək məqsədilə Açıq Qapı Günü keçiriləcək. Tədbir çərçivəsində “Data elmi və süni intellekt”, “Su ehtiyatlarının idarəedilməsi”, “Kimya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təqdimat baş tutacaq. UFAZ-da təhsil almağın peşəkar və akademik üstünlükləri diqqətə çatdırılacaq. İştirakçılar akademik heyət və tələbələrin təcrübə və fikirlərini dinləmək imkanı əldə edəcəklər. Bundan əlavə, onlayn müraciət prosesi ilə bağlı məlumat veriləcək. Sual-cavab sessiyası zamanı iştirakçılar bütün suallarına ətraflı cavab ala biləcəklər. Akademik və peşəkar inkişaf imkanları ilə tanış olmaq üçün hər birinizi UFAZ-a dəvət edirik!