14 aprel 2026-cı il tarixində saat 16:00-da 250-ci otaqda elmi tədqiqatlar üçün geniş istifadə olunan Reaxys platformasını istifadəsinə həsr olunmuş seminar təşkil olunacaq. Seminar zamanı iştirakçılara platformanın əsas imkanları, kimyəvi birləşmələrin və reaksiyaların axtarışı, elmi məqalələr və məlumat bazası ilə daha səmərəli işləmə üsulları barədə məlumat veriləcək.
Seminarı Kamran Heydərov aparacaq. Kamran Heydərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm departamentinin “Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi” şöbəsində Baş mütəxəssis vəzifəsində çalışır.
Seminar tədqiqatçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur və elmi məlumat bazalarından istifadə bacarıqlarının inkişaf etdirilməsi baxımından faydalı olacaq. Seminarda iştirak etmək istəyən hər kəs dəvətlidir.