×

Xəbərlər

Xəbərlər 06 Apr 2026
UFAZ-ın məzunu Bəylər Zərbəliyev “Cotutelle” proqramı çərçivəsində fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Bəylər Zərbəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (Unistra) arasındakı “Cotutelle” proqramı çərçivəsində doktorantura təhsilini uğurla başa vuraraq kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bəylər Zərbəliyev Strasburq Universitetində (Unistra) Dr. Benoa Lui, Dr. Qaetan Lütsveyler və Dr. Nərminə Quliyevanın rəhbərliyi altında “Xroniki yaraların müalicəsi üçün seolit/biopolimer kompozitləri əsasında çoxfunksiyalı hidrogellərin təkmilləşdirilməsi” mövzusunda dissertasiyasını müdafiə edib. Doktorantura təhsili müddətində gənc alimin beynəlxalq səviyyəli jurnallarda 2 elmi məqaləsi dərc olunub. Beynəlxalq konfranslarda təqdim etdiyi elmi işlərinə görə o, “Ən yaxşı poster” və “Ən yaxşı şifahi təqdimat” mükafatlarına layiq görülüb. Dr. Bəylər Zərbəliyevi bu böyük nailiyyəti münasibətilə təbrik edir, ona elmi və peşəkar fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq!


Paylaş