×

Xəbərlər

Xəbərlər 07 Apr 2026
Satbayev Universitetində akademik mobillik proqramı çərçisində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Satbayev Universitetində akademik mobillik proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirib. 
Görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova, eləcə də İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Görüş zamanı müxtəlif fakültələrdən seçilmiş 29 nəfər üçüncü kurs tələbəsinin təhsil prosesi, yaşayış şəraiti, adaptasiya imkanları və ümumi təcrübələri ilə maraqlanılıb. Tələbələrin qarşılaşdığı çətinliklər, onların gündəlik təhsil və sosial həyatına dair fikirləri dinlənilib, ünvanladıqları suallar cavablandırılıb.
Qeyd edək ki, ADNSU-nun 29 tələbəsi akademik mobillik proqramı çərçivəsində bir semestr müddətində Satbayev Universitetində təhsillərini davam etdirirlər.


Paylaş