×

Xəbərlər

Xəbərlər 07 Apr 2026
ADNSU-da "Paşa Holdinq"in baş icraçı direktorunun müavini ilə innovasiya strategiyaları müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris prosesinin istehsalatla inteqrasiyası çərçivəsində növbəti görüş keçirilib. Universitetin Azərbaycan dilində tədris olunan MBA (Biznesin idarə edilməsi) proqramı çərçivəsində keçirilən "İnnovasiya strategiyaları" fənninə qonaq mühazirəçi dəvət olunub.
Görüşün qonağı "Paşa Holdinq"in Baş icraçı direktorunun müşaviri Teymur Hüseynov olub.
Mühazirə zamanı Teymur Hüseynov tələbələrlə müasir biznes dünyasında innovasiyaların rolu, korporativ strategiyaların qurulması və innovativ həllərin tətbiqi sahəsindəki təcrübələrini bölüşüb. İnteraktiv formatda keçən görüşdə holdinqin bu istiqamətdəki fəaliyyət modelləri və qlobal trendlərin yerli bazara uyğunlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, bu cür qonaq mühazirələrinin təşkili ADNSU-nun MBA proqramında təhsil alan tələbələrin nəzəri biliklərini praktiki nümunələrlə zənginləşdirmək və onları iş dünyasının peşəkarları ilə birbaşa ünsiyyətə cəlb etmək məqsədi daşıyır.


Paylaş