Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının təşkilatçığı ilə "Laboratoriyadan sənayeyə:kimyəvi analizlər, mayelərin idarə olunması və ekoloji davamlılıq strategiyaları” mövzusunda seminar keçirilib. Seminarda Professor-müəllim heyəti və tələbələr iştirak edib. Halliburton şirkətinin laboratoriya meneceri Rəna Məmmədova və laboratoriya texniki Şərqiyyə Nağıyeva çıxış edib. Seminarın əsas məqsədi laboratoriya nəticələrinin sənaye tətbiqlərində rolunu və bu sahədə müasir yanaşmaların əhəmiyyətini vurğulamaq olub.
Çıxış zamanı laboratoriya təhlükəsizliyi prinsipləri, qazma məhlulları laboratoriyasında aparılan əsas analiz və testlər, qazma məhlulları sistemlərinin xüsusiyyətləri geniş şəkildə izah olunub. Bununla yanaşı, tullantıların effektiv idarə olunması, ətraf mühitə təsirin qiymətləndirilməsi və onun minimuma endirilməsi istiqamətində tətbiq olunan müasir texnologiyalar və beynəlxalq standartlara uyğun yanaşmalar barədə məlumat verilib.
Seminarda həmçinin praktiki nümunələr təqdim olunub, iştirakçılarla müzakirələr aparılıb və suallar cavablandırılıb.