×

Xəbərlər

Xəbərlər 08 Apr 2026
ADNSU nümayəndələri “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisinində iştirakçılara universitetin imkanları ilə bağlı məlumat verib

Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisinin sonuncu  günündə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) fəal iştirakını davam etdirib.

Sərginin yekun günündə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil edib.

Universitet nümayəndələri sərgi çərçivəsində stenddə ziyarətçiləri qarşılayaraq Qazaxıstanın müxtəlif universitetlərindən və məktəblərindən gələn tələbələrə ADNSU-da mövcud olan bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ixtisaslar, təhsil imkanları, ikili diplom proqramları, eləcə də universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar.

Eyni zamanda, akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsillərini bir semestr ərzində davam etdirən ADNSU tələbələri də sərgidə iştirak edərək universitetin beynəlxalq mühitdə təmsil olunmasına töhfə veriblər.


Paylaş