Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 1-ci kurs tələbələri üçün “Açıq qapı” günü keçirilib. Tədbir universitetin Tarix muzeyində təşkil olunub və məqsəd tələbələrin universitetin zəngin tarixi irsi və inkişaf yolunu daha yaxından öyrənməsinə şərait yaratmaq olub.
Muzeyin müdiri Ülviyyə Mirzəyevanın təşəbbüsü ilə keçirilən görüşdə tələbələrə universitetin yaranma tarixi, inkişaf mərhələləri və mühüm nailiyyətləri barədə ətraflı məlumat verilib. Tələbələr muzeyin eksponatları ilə tanış olub, universitetin tarixi ilə bağlı maraqlı faktları öyrəniblər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, universitetin tarixi və təhsil ənənələri barədə ətraflı müzakirələr aparılıb.