×

Xəbərlər

Xəbərlər 09 Apr 2026
ADNSU-nun professoruna həsr olunmuş “Biblioqrafik göstərici”nin təqdimatı keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elektronika və avtomatika kafedrasının professoru, texnika elmləri doktoru Səlahəddin Yusifova həsr olunmuş “Biblioqrafik göstərici”nin təqdimatı keçirilib. ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi tərəfindən hazırlanmış göstəricidə alimin 1950-ci ildən 2025-ci ilədək həyat və yaradıcılığı, eləcə də əmək və pedaqoji fəaliyyəti əhatə olunub.

Tədbiri giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova “Biblioqrafik göstərici” haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonra ADNSU-nun tədqiqatçı müəllimi, professor Lətafət Qardaşova, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev, Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova, Elektronika və avtomatika kafedrasının müdiri, dosent Akif Əlizadə, eləcə də kafedranın professoru Razim Zeynalov çıxış edərək alimin həyat və fəaliyyəti, genişmiqyaslı elmi yaradıcılığının yüksək əhəmiyyəti və Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs ediblər.

Sonda Səlahəddin Yusifov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və onlara təşəkkürünü bildirib.

Qeyd edək ki, “Biblioqrafik göstərici” ADNSU-nun maliyyə dəstəyi ilə Kitabxana İnformasiya Mərkəzi tərəfindən Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.


Paylaş