Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təşkil olunan “Maliyyəçisən” təcrübə proqramı ilə bağlı infosessiya keçirilib. Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə baş tutan infosessiyanın keçirilməsində əsas məqsəd tələbə və yeni məzunlara proqramın məzmunu, təqdim etdiyi imkanlar və seçim prosesi barədə ətraflı məlumat vermək olub.
İnfosessiyada çıxış edən Mərkəzi Bankın İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsinin Təlim və tədrisin təşkili bölməsinin mütəxəssisi Nuranə Həsənova, İnsan resurslarınln planlaşdırılması və işə qəbul şöbəsinin kiçik mütəxəssisi Hilal Rüstəmova və İnsan resurslarınln planlaşdırılması və işə qəbul şöbəsinin mütəxəssisi Elmin Əmiraslanlı proqramın detalları və iştirakçıları maraqlandıran suallar ətrafında ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində iştirakçılara Mərkəzi Bankın fəaliyyəti, proqram çərçivəsində əldə edilə biləcək praktiki təcrübə, real iş mühiti və peşəkar inkişaf imkanları haqqında məlumat təqdim olunub. Eyni zamanda proqramın məqsədi, strukturu, təcrübə istiqamətləri, iştirak şərtləri və qiymətləndirmə mexanizmləri izah edilib.
Bildirilib ki, proqram iştirakçılarının seçimi müraciətlərin qəbulu və ilkin qiymətləndirilməsi, test mərhələsi, qrup və panel müsahibələrindən ibarətdir.
Qeyd olunub ki, təcrübə proqramı çərçivəsində iştirakçılar Mərkəzi Bankın peşəkar əməkdaşları ilə birbaşa işləmək, daxili təlimlərdə iştirak etmək və real iş prosesləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.