×

Xəbərlər

Xəbərlər 10 Apr 2026
ADNSU-da “İdealise 2” İnkubasiya proqramı çərçivəsində təşkil olunan sessiyada komandalar startap ideyalarını təqdim ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “İdealise 2” İnkubasiya proqramı çərçivəsində komandalar üçün mentor sessiyası uğurla keçirilib. Görüş proqram iştirakçılarının layihələrinin inkişafına dəstək göstərmək və onları praktik istiqamətdə yönləndirmək məqsədi daşıyıb.

Mentor sessiyası 9 və 10 aprel tarixlərində təşkil olunub və ümumilikdə 15 komanda ilə görüş keçirilib. Sessiyalar SABAH.HUB-un vençur meneceri Əşrəf Hüseynov tərəfindən aparılıb. Hər bir komanda ilə fərdi şəkildə görüş təşkil olunub və layihələr üzrə ətraflı müzakirələr aparılıb.

Görüşlər zamanı iştirakçılar öz startap ideyalarını təqdim edib, layihələrinin mövcud vəziyyəti və inkişaf planları barədə məlumat veriblər. Əşrəf Hüseynov tərəfindən verilən peşəkar rəy və tövsiyələr komandaların güclü tərəflərini daha da möhkəmləndirməyə və inkişaf etdirilməli istiqamətləri müəyyən etməyə kömək edib.

İki gün davam edən mentor sessiyası iştirakçılar üçün olduqca faydalı olub və onların layihələrinin növbəti mərhələyə daha hazırlıqlı şəkildə keçidinə töhfə verib.

Qeyd edək ki, “İdealise 2” İnkubasiya proqramı innovativ ideyaların təşviqi, startap ekosisteminin inkişafı və gənclərin sahibkarlıq bacarıqlarının artırılması baxımından mühüm platformalardan biri hesab olunur.


Paylaş