Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müxtəlif elmi istiqamətlər üzrə peşəkar təlimlərin təşkili davam edir. Bu çərçivədə ISO standartları üzrə beynəlxalq auditor və məsləhətçi Remziyə Yıldız tərəfindən “Ətraf mühitin idarəetmə sistemləri” mövzusunda təlim keçiriləcək.
Təlim ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu (SMİİYİ) tərəfindən təşkil olunur. Proqram ətraf mühitin idarəetmə sistemlərinin qurulması, tətbiqi və audit proseslərinin beynəlxalq standartlara uyğun şəkildə təşkili üzrə nəzəri və praktiki biliklərin verilməsini əhatə edir.
Təlim proqramına ISO 14001 standartının əsas prinsipləri və təşkilatlarda tətbiqi, eləcə də daxili auditin planlaşdırılması və həyata keçirilməsi üzrə modullar daxildir.
Beş gün davam edəcək təlim 27 aprel – 1 may 2026-cı il tarixlərində keçiriləcək.
Ödənişli əsaslarla təşkil olunan təlim sənaye müəssisələrinin əməkdaşları, HSE və ekoloji mütəxəssislər, keyfiyyət və idarəetmə sistemləri üzrə menecerlər, audit və uyğunluq üzrə mütəxəssislər, həmçinin ISO standartları üzrə biliklərini artırmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq. Bundan əlavə, beynəlxalq sertifikat əldə etmək imkanı da mövcuddur.
Aşağıdakı linkə keçid etməklə təlim haqqında ətraflı məlumat alma və qeydiyyatdan keçə bilərsiniz:https:
//forms.gle/drVgYp99a12M61Rk7