Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) ilə tərəfdaş ali təhsil müəssisəsi olan Qazaxıstanın Satbayev Universitetinin magistrantlarının elmi-tədqiqat təcrübə proqramı uğurla yekunlaşıb.
Proqram çərçivəsində Satbayev Universitetinin “Geologiya və geofizika” ixtisası üzrə təhsil alan iki magistrantı ADNSU-da iki həftəlik təcrübə keçib.
Martın 27-dən aprelin 12-dək davamm edən elmi- tədqiqat təcrübəsi müvafiq tədris planına və elmi rəhbərlərin tələblərinə uyğun şəkildə təşkil olunub. Proqram çərçivəsində magistrantlar ixtisasları üzrə nəzəri biliklərini praktik mühitdə tətbiq etmək imkanı da əldə ediblər.
Təcrübə müddətində tələbələr müxtəlif ixtisaslaşmış təşkilatlara səfərlər edib, sahə üzrə müasir yanaşmalarla tanış olublar.
Qeyd edək ki, bu cür beynəlxalq təcrübə proqramları tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.