Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müxtəlif elmi istiqamətlər üzrə təlimlər davam edir. Bu çərçivədə universitetdə proqram üzrə təlimçi, data analitikası üzrə məsləhətçi Etibar Hüseynli tərəfindən “Menecerlər üçün süni intellekt və məlumat elmi” mövzusunda təlim proqramı həyata keçiriləcək.
Təlim ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu (SMİİYİ) tərəfindən təşkil olunur.
“Menecerlər üçün data elmi” çərçivəsində iştirakçılara məlumatların idarə olunması sahəsində əsas məsuliyyətlər, eləcə də effektiv korporativ data idarəetmə sisteminin qurulması üçün zəruri bilik və bacarıqlar təqdim ediləcək. 8 moduldan ibarət təlimdə data mühəndisliyi, data elmi, qərarvermə, yeni texnologiyalar və tənzimləmələr, data etikası və data strategiyası kimi mühüm sahələr əhatə olunacaq.
Təlim 6 gün ərzində: 4–9 may 2026-cı il tarixlərində hər gün saat 14:00-dan 16:00-dək keçiriləcək.
Ödənişli əsaslarla təşkil olunan təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.
Aşağıdakı linkə keçid etməklə təlim haqqında ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/8No7JPnF24Cjb4T28