×

Xəbərlər

Xəbərlər 14 Apr 2026
ADNSU-da “Lay mühəndisliyi” mövzusunda təlim keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə müxtəlif elmi istiqamətlər üzrə təlimlərin təşkili davam edir. Növbəti təlim neft-qaz mühəndisi Cəbrayıl Eyvazov tərəfindən “Lay mühəndisliyi” mövzusunda keçiriləcək. Təlim ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu tərəfindən təşkil olunur.

Təlim proqramına lay mühəndisliyinin əsasları, lay mayelərinin xüsusiyyətləri və PVT analizi, material balansı və rezervuar performansının təhlili, layın hasilat mexanizmləri, ikinci və üçüncü təsir üsulları, həmçinin layların simulyasiyası və yatağın işlənilməsinin planlaşdırılması daxildir.

Təlim 16–17 may 2026-cı il tarixlərində, saat 10:00-dan 15:00-dək keçiriləcək.

Ödənişli əsaslarla təşkil olunan təlim neft-qaz mühəndisləri və texniki mütəxəssislər, lay mühəndisləri, geoloqlar və geofiziklər, qazma və hasilat mühəndisləri, neft-qaz sənayesində çalışan analitiklər, enerji sektorunda fəaliyyət göstərən mütəxəssislər, eləcə də lay simulyasiyası və modelləşdirmə sahəsində çalışmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.

Təlim çərçivəsində real yataq nümunələri əsasında praktik məşğələlər, hesablama tapşırıqları, PVT analiz nümunələri və lay performansının təhlili üzrə tətbiqi çalışmalar həyata keçiriləcək.

Təlim haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://forms.gle/m1q36izceBvw9h6L7


Paylaş