×

Xəbərlər

Xəbərlər 14 Apr 2026
SOCAR Downstream Management şirkətinin mühəndisi ADNSU tələbələrinə “Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları” fənni üzrə mühazirə keçib

Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR Downstream Management şirkətinin istehsalat üzrə mühəndisi, Milan Universitetinin “Sənaye kimya mühəndisliyi” magistr proqramının məzunu Toğrul Qurbanlı “Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları” fənni üzrə mühazirə ilə çıxış edib.

Mühazirə zamanı sənaye mütəxəssisi kimi çıxış edən Toğrul Qurbanlı tələbələrə müasir sənaye təcrübəsi, texnoloji proseslərin idarə olunması və qurğuların istismarı ilə bağlı ətraflı məlumat verib.

Görüş çərçivəsində tələbələrin sualları cavablandırılıb, nəzəri biliklərin praktik tətbiqi istiqamətində faydalı müzakirələr aparılıb.

 


Paylaş