×

Xəbərlər

Xəbərlər 15 Apr 2026
ADNSU-da Qazaxıstandan olan daha 4 magistrantın elmi-tədqiqat təcrübəsi başa çatdı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazaxıstanın Almatı Menecment Universitetinin (AlmaU) dörd magistrantının elmi-tədqiqat təcrübəsi uğurla başa çatıb.

 Təcrübə proqramı çərçivəsində magistrantlar ADNSU-nun müxtəlif struktur bölmələrində elmi-tədqiqat işlərinə cəlb olunub, təhsil idarəçiliyi və universitetin idarəetmə mexanizmləri ilə yaxından tanış olublar. Onlar həmçinin universitetdə tədqqiat imkanları, tədris prosesinin təşkili, strateji planlaşdırma və keyfiyyət təminatı istiqamətində aparılan işlər barədə ətraflı məlumat əldə ediblər. 

Proqram müddətində qonaqlar universitet rəhbərliyi, fakültə dekanları və inzibati heyətlə görüşlər keçiriblər. Magistrantlar, eyni zamanda, universitetin elmi-tədqiqat infrastrukturu, laboratoriyaları və kitabxana resursları ilə tanış olub, müxtəlif akademik tədbirlərdə iştirak ediblər.

Sonda tələbələrə təcrübə proqramını uğurla başa vurduqlarına dair sertifikatlar təqdim olunub. Qonaqlar onlar üçün yaradılan şəraitə və proqramın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu cür proqramlar ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin inkişafına və gələcək təhsil menecerlərinin peşəkar formalaşmasına töhfə verir.


Paylaş