×

Xəbərlər

Xəbərlər 15 Apr 2026
ADNSU mühəndislik sahəsində təhsil alan tələbələr üçün növbəti innovativ layihəyə imza atır.

“Elsevier” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Mühəndislik Yarışı” elan edilir.
Müsabiqə mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmək, həmçinin beynəlxalq elmi bazalar olan “Engineering Village” və “Knovel” platformalarından istifadə bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır. Yarışma çərçivəsində iştirakçılar mühəndislik sahəsinə dair praktiki tapşırıqları həll edərək peşəkar təcrübə qazanmaq imkanı əldə edəcəklər.
İştirak şərtləri və mərhələlər:
1. Qeydiyyat: İştirak etmək istəyən namizədlər tələb olunan QR kodu skan edərək qeydiyyatdan keçə bilərlər;
2. Məlumat sessiyası: Qeydiyyatdan keçmiş tələbələr 20 aprel saat 14:30-da təşkil olunacaq təlim sessiyasında iştirak edəcəklər;
3. Tapşırıqların icrası: Sessiyadan sonra təqdim olunan mühəndislik tapşırıqları həll ediləcək;
4. Təqdimat: Hazırlanmış həllər 1 may saat 14:30-dək müvafiq qaydada təqdim olunacaq.
5. Mükafatlandırma: Qaliblərin adları 4 may 2026-cı il tarixində keçiriləcək Mükafatlandırma Mərasimində açıqlanacaq.  
Qalibə 1000 dollar məbləğində pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, tədbir zamanı foto və video çəkilişlər aparılacaq, qalibin nailiyyəti universitetin rəsmi saytı və sosial media hesablarında işıqlandırılacaq.

Hər hansı sualınız yaranarsa, science@asoiu.edu.az elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz


Paylaş