Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Danış, təsir et, yadda qal” adlı təlim keçirilib. Təlim jurnalist, teleaparıcı Vüsalə Səid tərəfindən aparılıb.
Təlim zamanı tələbələrə effektiv ünsiyyət bacarıqları, auditoriya qarşısında düzgün çıxış etmə texnikaları, bədən dili və nitqin təsir gücünün artırılması yolları barədə ətraflı məlumat verilib. İnteraktiv müzakirələr və praktik nümunələr əsasında tələbələr öz təqdimat bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb, onlara şəxsi inkişaf istiqamətində tövsiyələr verilib və belə maarifləndirici görüşlərin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.