Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Tarixi irsin qorunması və müasir şəhərsalma arasında balans” mövzusunda təlim keçirilib.
Təlim baş memar Nicat Primzadə tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara tarixi irsin qorunmasının əhəmiyyəti, müasir şəhərsalma prinsipləri ilə uyğunlaşdırılması yolları, şəhər mühitinin planlaşdırılmasında davamlı yanaşmalar və milli memarlıq dəyərlərinin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və şəhərsalma sahəsində gənclərin bilik və marağının artırılmasının vacibliyi vurğulanıb.