Qlobal mühəndislik yarışmasının Azərbaycan finalı bu il IMechE Azerbaijan Branch-ı və ADNSU Məzunlarla iş və karyera mərkəzinin dəstəyi ilə təşkil olunaraq gənc mühəndislərə öz ideyalarını və ictimai çıxış bacarıqlarını nümayiş etdirmək üçün əhəmiyyətli platforma yaratdı.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ADNSU nəzdində fəaliyyət göstərən UFAZ-ın tələbələri “Speak Out for Engineering (SOFE) 2026” milli mərhələsində uğurla iştirak ediblər.
Belə ki, yarışmada ADNSU tələbəsi Şəbnəm Quluzadə I yer, ADNSU tələbəsi İsmayıl Hacıyev II yer, UFAZ tələbəsi Fidan Allahverdiyeva isə III yerə layiq görülərək yüksək nəticələr göstəriblər. I və II yerləri qalibləri növbəti mərhələdə ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək hüququ qazanıb.