×

Xəbərlər

Xəbərlər 17 Apr 2026
ADNSU-da "Startap məhsulunun həyat dövrü və bazara çıxış müddəti” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “IDEALISE 2” inkubasiya proqramı çərçivəsində “Startap məhsulunun həyat dövrü və bazara çıxış müddəti” mövzusunda təlim uğurla baş tutub. Təlim iştirakçı komandaların məhsul inkişafı sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib.

Sessiya zamanı startap məhsulunun həyat dövrü, ideyadan bazara çıxışa qədər olan mərhələlər, məhsulun inkişaf prosesi və effektiv bazara çıxış strategiyaları haqqında ətraflı məlumat verilib. İştirakçılar məhsulun düzgün planlanması və bazara çıxarılması ilə bağlı praktiki yanaşmalarla tanış olublar.

Təlimin əsas məqsədi komandaların məhsul inkişafını daha səmərəli şəkildə planlamasına dəstək olmaq, vaxt itkisinin qarşısını almaq və bazara daha effektiv çıxış yollarını öyrətmək olub. Bu istiqamətdə təqdim olunan biliklər iştirakçıların layihələrinin inkişafına mühüm töhfə verib.

Təlim Kamran Hüseynov tərəfindən keçirilib. O, Opsfleet şirkətində AI mühəndisi kimi fəaliyyət göstərir və öz praktiki təcrübəsini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, “IDEALISE 2” İnkubasiya Proqramı innovativ ideyaların təşviqi, startap ekosisteminin inkişafı və gənclərin sahibkarlıq bacarıqlarının gücləndirilməsi istiqamətində mühüm platformalardan biridir.


Paylaş