Aprelin 17-də 16 nömrəli texniki-humanitar liseyin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Səfər çərçivəsində şagirdlər universitetin tədris prosesi, mövcud ixtisaslar, fakültələr və təhsil proqramları ilə ətraflı tanış olublar. Onlar həmçinin universitetin kitabxanası, Mineralogiya və Tarix muzeyləri, auditoriyalar və tədris məkanları ilə yaxından tanışlıq imkanı əldə ediblər.
Bu cür səfərlərin əsas məqsədi şagirdləri universitet mühiti ilə tanış etmək, onların gələcək ixtisas seçiminə kömək etmək və real laboratoriya, auditoriya şəraitini göstərməkdir.