×

Xəbərlər

Xəbərlər 17 Apr 2026
ADNSU-da növbəti karyera sərgisi keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 14 may tarixində karyera sərgisi keçiriləcək.

Tədbirin əsas məqsədi tələbə və məzunları əmək bazarının aparıcı iştirakçıları ilə bir araya gətirmək, onların karyera imkanları ilə tanış olmasına şərait yaratmaq, iş və təcrübə proqramları barədə məlumatlandırmanı genişləndirməkdir.

Karyera Sərgisi çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalar, təcrübə imkanları və işə qəbul tələbləri barədə ətraflı məlumat almaq imkanı əldə edəcəklər. Eyni zamanda, sərgi tələbələrin peşəkar şəbəkəsini genişləndirməsi və gələcək karyera planlamasına dəstək göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Karyera Sərgisi tələbələrlə işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına, universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə və gənclərin peşəkar inkişafına töhfə verməyə xidmət edir.

Qeydiyyat üçün: https://forms.gle/4yFjz5yQkXgDAgm56  


Paylaş