“Regional İnkişaf" İctimai Birliyi tərəfindən keçirilən “Dekada ideyaton” müsabiqəsi çərçivəsində universitetlərdə təqdimatlara start verilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən təqdimatda “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva, həmçinin İctimai Birliyin əməkdaşları Vəfa Ağalarova və Fuad Adgözəlov tərəfindən layihənin məqsədi, iştirak şərtləri, seçim mərhələləri və gözlənilən nəticələr barədə məlumat verilib.
Tədbir sual-cavab formatında davam edib.
Qeyd edək ki, müsabiqənin məqsədi “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti ərzində əldə etdiyi bilik və təcrübəni gənclərlə bölüşmək, onların texnoloji bacarıqlarını, yaradıcılıq potensialını və komanda işi vərdişlərini inkişaf etdirmək, eyni zamanda süni intellekt və innovasiya sahələrində müasir çağırışlara cavab verən yeni ideyaların formalaşmasına dəstək olmaqdır. Müsabiqədə iştirak etmək üçün qeydiyyat linki:
https://forms.gle/oWqwXnLKdxAbimTy5