×

Xəbərlər

Xəbərlər 21 Apr 2026
ADNSU tələbələri üçün bank mütəxəssisi tərəfindən “Generativ süni intellekt praktikada: əsaslar və müasir alətlər” mövzusunda seminar keçirilib

Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qoşa saat” layihəsi çərçivəsində tələbələr üçün “Generativ süni intellekt praktikada: əsaslar və müasir alətlər” mövzusunda seminar təşkil olunub. Seminar ABB Bankın təşəbbüsü və ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Seminarın açılışında Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov çıxış edərək mövzunun aktuallığı və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra seminar ABB Bankın Data elmləri üzrə aparıcı mütəxəssisi Əsmər Hacızadə tərəfindən təqdim olunub. O, tələbələrə generativ süni intellektin əsas prinsipləri, real tətbiq sahələri və müasir alətlər barədə ətraflı və praktiki məlumatlar çatdırıb. Tədbir çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edib, həm də interaktiv müzakirələrdə fəal iştirak ediblər.

Görüş sual-cavab sessiyası ilə davam edib. Sessiya zamanı fəallığı ilə seçilən üç tələbəyə ABB Bank tərəfindən hədiyyələr təqdim olunub.


Paylaş