Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tarix muzeyində muzeyin müdiri Ülviyyə Mirzəyevanın təşəbbüsü ilə növbəti açıq dərs təşkil olunub.
Açıq dərs Kimya-texnologiya fakültəsinin dosenti Gülşən Dədəyeva tərəfindən “Bituroks” bitum qurğusunun maketi üzərində aparılıb. Açıq dərs zamanı sənayedə geniş tətbiq olunan müxtəlif markalı bitumun istehsal prosesi barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı onların sualları cavablandırılıb.
Daha sonra tələbələr Tarix muzeyində ADNSU-nun zəngin tarixi keçmişi ilə də tanış olublar. Tədbirin əsas məqsədi tələbələr arasında Tarix muzeyinə marağın artırılması və onların həm nəzəri, həm də praktiki biliklərinin genişləndirilməsi olub.