×

Xəbərlər

Xəbərlər 21 Apr 2026
ADNSU-da tələbələr üçün “Marketinq və bazara çıxış strategiyası” mövzusunda təlim keçirilib

Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “IDEALISE 2” inkubasiya proqramı çərçivəsində “Marketinq və bazara çıxış strategiyası” mövzusunda təlim keçirilib. Təlim Asan İnnovasiyalar Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentinin müdir müavini Ziniddin Babayev tərəfindən keçirilib.

Sessiya zamanı iştirakçılara bazara çıxış strategiyasının qurulması, hədəf auditoriyanın düzgün müəyyən edilməsi, məhsulun bazarda effektiv mövqeləndirilməsi və müasir marketinq yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, real nümunələr əsasında praktik tövsiyələr təqdim olunub və iştirakçıların sualları cavablandırılıb.

Təlimin əsas məqsədi komandaların öz məhsullarını bazara daha düzgün və effektiv şəkildə təqdim etməsi, doğru strategiyalar vasitəsilə istifadəçilərə çatdırması və satış imkanlarını artırmaq bacarıqlarını inkişaf etdirmək olub.

IDEALISE 2 proqramı çərçivəsində təşkil olunan bu kimi təlimlər startap komandalarının bilik və bacarıqlarının gücləndirilməsinə, onların real bazar şərtlərinə daha hazırlıqlı çıxmasına mühüm töhfə verir.


Paylaş