Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Açıq qapı günü çərçivəsində universitetin rektoru, dosent Rüfət Əzizov tələbələrlə geniş görüş keçirib. İki saatdan artıq davam edən görüş zamanı tələbələri maraqlandıran müxtəlif məsələlər ətrafında açıq müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Görüşdə ADNSU-nun tədris məsələləri üzrə prorektoru Rza Məmmədov, elm və innovasiya məsələləri üzrə prorektor Elviz İsmayılov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, eləcə də universitetin digər struktur rəhbərləri də iştirak edərək tələbələrin suallarını cavablandırıblar.
Müzakirələr zamanı tələbələr əsasən LMS sistemi, imtahan qaydaları, internet infrastrukturu, mübadilə proqramları, istehsalat təcrübəsi, apellyasiya prosesi, laboratoriya imkanları, eləcə də universitetdə təhlükəsiz və sağlam mühitin təmin olunması ilə bağlı məsələlər barədə suallar veriblər.
Açıq qapı günü tələbə-universitet rəhbərliyi arasında birbaşa dialoqun qurulması, mövcud məsələlərin açıq müzakirəsi və həll istiqamətlərinin paylaşılması baxımından əhəmiyyətli olub.